İndoneziya silkələndi: 5.6 bal...

İndoneziya silkələndi: 5.6 bal...

İndoneziya sahillərində Yava və Sumatra adalarının arasındakı akvatoriyada 5,6 bal gücündə zəlzələ baş verib.

Rasthaber Azərbaycan TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasından məlumat verilib.

Mütəxəssislər qeyd ediblər ki, intensivliyinə görə bu yeraltı təkanı “olduqca güclülər” dərəcəsinə aid etmək olar.

Zəlzələnin episentri Bəndər-Lampunq şəhərindən 166 km cənub-qərbdə yerləşib.

Dağıntılar, qurbanlar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Xəbəri paylaş

VİDEOLAR