1 fevral 1979-cu il - bu tarıx İmam Xomeyninin sürgündən dönməsilə İran İslam İnqilabının başlanması sayılır
12 bəhmən 1357-ci günəş ili (1 fevral 1979-cu il) İran müsəlmanlarının xalq hərəkatının rəhbəri şahın onu ilk öncə Türkiyəyə, İraqa, daha sonra isə Fransaya sürgün etməsi ilə illərlə vətəndən uzaqda qaldı. Mehrabad hava limanının bağlanması və inqilabın dahi liderinin gəlişinin qarşısını almağa dair şahlığın sonuncu baş naziri Şapur Bəxtiyarın təhdidlərinə rəğmən, İmam Xomeynini gətirən təyyarə saat 09:33 dəqiqədə Tehrana endi. Bu isə İran xalqının mübarizəsində dönüş nöqtəsi idi.
İmam Xomeyni 14 il 29 gün sürgündən sonra Parisdən İrana döndü və milyonlarla vətəndaş və vurğunu tərəfindən möhtəşəm şəkildə qarşılandı.
Onu gətirən Fransa təyyarəsində 150 jurnalist də hadisələrin şahidi olmaq üçün Tehrana gəldi.
Onun müxalifləri, o cümlədən şahlıq rejiminin muzdluları da sakit durmadılar. "Konstitusiya Uğrunda Mübarizə Komandası Təşkilatı" adlı qrup Associated Pressin ofisi ilə əlaqə saxlayaraq xəbərdarlıq etmişdilər ki, əgər Ayətullah Xomeyni Parisdən Tehran istiqamətinə uçmaq istəyərsə, onu gətirən təyyarəni vuracaq.
Öz aydın və şəffaf yolunu davam etdirmək üçün qətiyyətli iradəyə malik imam da bu təhdidlər ardınca, başqalarına ehtial olunan xəsarətin dəyməsinin qarşısını almaq üçün öz ətrafındakılara buyurdular: "Mən sizin biətinizi götürürəm. Biz böyük işə doğru gedirik. Siz də canınızı təhlükəyə atmayın".
İran İmam Xomeyninin (rə) intizarında şənliyə qərq olub. Tehran əhalisi imamın gəlişi sevinci ilə küçələri yuyub-təmizləyir, prospektlərin ortasındakı ağ xətlər kilometrlərə qədər təmizlənmişdir, əhali imamın hərəkət edəcəyi yolu güllərlə bəzəyib. Səhər saat 09:33 dəqiqə, İmam İran torpağına daxil oldu.
İmamın qarşılanması üzrə komitə İnqilabın Dahi Liderinin gəlişi üçün proqramlar nəzərdə tutmuşdu. Belə ki, imamın aerport zalında bəyanatından sonra icra etsin. Lakin vətəndaşların aeroport zalına hücumu və vətəndaşların aeroportdan kənarda gözləməsi praktiki olaraq bu proqramların icrasın imkan vermədi. İmamın qarşılanması üzrə komitə o həzrəti tez bir zamanda aeroportdan çıxarmağa məcbur oldu. İmamın qarşılanması üzrə komitə imamın gəlişindən bütün işlər üçün proqramlar nəzərdə tutmuş və bu iş üçün xüsusi maşın tədarük etmişdi.
Ondan sonra imamın karvanı maşınla Behişt-Zəhra istiqamətində yola düşdü. Aeroportdan Behişt-Zəhraya qədər çoxlu sayda vətəndaş imamın gəlişini gözləyirdi. İmamı görməklə onun maşınına doğru hərəkət etmələri proqnoz olunurdu. Öz liderləri, imamı görməklə həyəcanlanan vətəndaşlar ona "xoş gəldin" şüarları verirdilər.
Yollarda o qədər güclü izdiham verdı ki, İmamın qarşılanması üzrə komitənin üzvləri praktiki olaraq əhaliyə və yola tam şəkildə nəzarət edə bilmirdilər.
İmamın gəldiyi yollarda əhali axını o qədər çox idi ki, imamı aparan avtomobil istiqaməti dəyişməyə və arakəsmə yollarla imamın çıxış edəcəyi Behişt-Zəhraya getməyə məcbur oldu. İmam bu misilsiz qarşılama ilə Behişt-Zəhraya daxil oldu.
İmamın Behişt-Zəhrada tarixi çıxışı: İmam öncədən bildirmişdi ki, ölkəyə daxil olan kimi Behişt-Zəhrada inqilab şəhidlərinin dəfn olunduğu 17 məkanı ziyarət edəcək, fatihə oxuyaraq şəhidlərin şəhidləri hörmət naminə vətəndaşlar üçün çıxış edəcək.
Vətəndaşların misilsiz qarşılamasından saatlarla sonra, soyuq qış havasında, Behişt-Zəhranın palçıqlı ərazisində bu iş çətinləşirdi.
Ruhullah Xomeyni öz aşiqləri və vurğunlarının qarşısında ilk çıxışının bir hissəsində mübarizənin çətin illərinin müxtəlif hadisələrini xatırlayaraq, şəhidlər vermiş İran xalqının dərdinə şərik çıxaraq buyurdu: "Biz bu müddətdə müsibətlər görmüşük, çox böyük müsibətlərlə bəzi qələbələr əldə olundu, əlbəttə o qələbələr də böyük idi, körpələr atalarını itirdilər. Mənim övladını itirmiş bəzi atalara gözüm düşəndə, çiyinlərimdə ağırlıq hiss edirəm, buna tab gətirə bilmirəm.
Mən xalqımıza vurulan bu xəsarətlərin öhdəsindən gələ bilmərəm, mən Allah yolunda bütün varlığını vermiş bu xalqa təşəkkür edə bilmərəm, Allah-taala onlara əcr versin."
Ayətullah həmin çıxışda dini hökumətin təşkili üçün əhatəli proqramından söz açdı və şahlıq rejimini qeyri-qanuni adlandıraraq buyurdular: "Mən dövlət qururam, mən siz xalqın dəstəyi ilə dövlət qururam."