Üç gün öncə Məşhəddə İmam Rzanın hərəminin həyətində həyata keçirilən terror hücumunda yaralanan daha bir din xadimi vəfat edib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Məşhədin səhiyyə mənbələri məlumat veriblər.
Bildirilib ki, hərəmdə həyata keçirilən terror hücumunda yaralanan höccətül-islam Sadiq Darayi də dünyasını dəyişib.
Bundan öncə höccətül-islam Aslani adlı tanınmış din xadimi bu terror hücumu nəticəsində dünyasını dəyişmişdi.
İranın təhlükəsizlik mənbələrinin ilkin məlumatına görə hücumu həyata keçirən Əfqanıstan vətəndaşı radikal sələfi və təkfirçi düşüncələrinə malikdir.
Qeyd edək ki, Taliban hökuməti bu hücumu pisləyib.