O Rəcəb ayının 10-da dünyaya Mədinə şəhərində göz açıb
İmam Məhəmməd Təqi (ə) hicri 195-ci ildə Rəcəb ayının 10-da dünyaya Mədinə şəhərində göz açıb. Cəmi 25 il ömrü olan imam Cavad (ə) 17 il müsəlmanlara rəhbərlik edib. Atası imam Riza (ə) Məmun tərəfindən şəhid edildikdə imam Məhəmməd Təqinin (ə) cəmi 8 yaşı olub. Rəvayətlərə görə, kiçik olmasına baxmayaraq, imam Cavad (ə) atası şəhid edildikdən sonra, onu elə həmin gün Xorasanda Məmunun sarayında ziyarət edib.
Hazırda Məşhəd şəhərindəki İmam Rzanın (ə) ziyarətgahına aparan qapılardan biri bu hadisəyə işarə edərək "Bab ul-Cavad" (Cavad qapısı) adlanır. İmam 220-ci hicri-qəməri ilində Mötəsimin əmri ilə zəhərlənib və şəhid edilib.
İmam Məhəmməd Təqi (ə) Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazimin (ə) məzarının yanında dəfn olunub.
İmam Cavadın (ə) mübarək mövludu münasibəti ilə başda İmam Mehdi (ə.f) olmaqla bütün müsəlmanları təbrik edirik.