İmam Əlinin (ə) mübarək mövlud günüdür

İmam Əlinin (ə) mübarək mövlud günüdür

İslam Peyğəmbəri Həzrəti Muhəmməd buyurur: "Əlini yalnız mömin sevər, onunla yalnız münafiq düşmənçilik edər"

Rasthaber Azərbaycan xatırladır ki, tarixi sənədlərə əsasən, İmam Əli (ə) "Ammul-fil" -Peyğəmbərin (s) doğulduğu 570-ci ildən 30 il sonra, cümə günü əzəmətli Kəbənin daxilində dünyaya göz açmışdır. O, həzrətin atası Əbdül-müttəlibin oğlu Əbu Talib, anası Fatimə binti Əsəddir. Xanım Fatimə Əsəd qızı doqquz aylıq hamilə olduğu halda dua etmək üçün Kəbəyə gəlir. Qəflətən Kəbənin divarı yarılır və Fatimə Əsəd qızı içəri girir. Sonra divar yenidən birləşir. Fatimə üç gün kəbənin içində tək qalır. Rəcəb ayının 13-də Kəbə həmin yerdən ayrılır, Fatimə qucağında bir uşaq bayıra çıxır. Və qeybdən bir səs eşidir: "Ey Fatimə! Bu hörmətli övladının adını Əli qoy!..."

Bu adın mənası "böyük", "yüksək", "uca" deməkdir... İndiyədək Əmirəl-möminindən (ə) başqa heç kəs bu müqəddəs məkanda (Kəbədə) doğulmayıbdır.
Rəvayətə görə, Əbdül-müttəlibdən sonra Əlinin (ə) təlim tərbiyəsini Peyğəmbər (s) öhdəsinə götürmüşdür. Əlinin (ə) 10 yaşı olanda Peyğəmbərə (s) iman gətirmişdir. Qurani-Kərimdə Əli (ə) haqqında 300-ə yaxın ayə nazil olmuşdur.

İmamətin atası olan Əli (ə) 63 illik ömründə dünyaya 36 övlad (17 oğlan, 19 qız ) bəxş eləmişdir. 30 il imamlıq dövrü yaşayan Əli (ə) hicri tarixinin 40-cı ilində, mübarək Ramazan ayının 19-da Kufə məscidində Əbdür-rəhman ibn Mülcəm (l.ə) tərəfindən qətlə yetirilmişdir.
Şərafətli qəbri müqqəddəs Nəcəf şəhərindədir.

Xəbəri paylaş

VİDEOLAR