Rasthaber Portalının baş redaktoru Dr. Ziya Türkyılmazın yeni köşə yazısının tərcüməsini təqdim edirik...
Allahın adı ilə
Məhərrəm ayının başlaması ilə möminlər əsrlərdir davam etdikləri yas mərasimlərini təkrarlayacaq, mərsiyələr oxuyacaq və Hüseyni qiyamın hikmətinə, dərinliyinə, ölçülərinə və yaranmasının səbəbləri haqqında şərhlər verəcək və düşünəcəklər.
Şübhəsiz ki, əsrlər boyu zehinləri məşğul edən Hüseyni Dirilişin aspektlərindən biri, hansı motivə əsasən İmam Hüseyn (ə) niyə görə ailəsini və Haşim oğullarından bir qrupu özü ilə götürərək Mədinədən getməsi məsələsidir.
Bizim dövrümüzdə, keçmişdə olduğu kimi, bu mövzuda fərqli fikirlər irəli sürülmüşdür və bundan sonra mövzuya fərqli açılardan yanaşılacaqdır. Çünki insanlıq tarixində bənzərsiz olan bu hərəkat, bəsirət, fədakarlıq, cəsarət, qəhrəmanlıq, zalımla barışmazlıq, məzlumiyyət, bütün insanlıq, xüsusən müsəlmanlar üçüni brət dərsləri, mübarizə üsulları və haqq yolda hər şeydən keçmək mesajları ilə dolu hərəkatdır. Çünki heç kim bu böyük tarixi hadisəyə biganə qala bilməz.