İmam Həsən Əskərinin (ə) mövlud günüdür

İmam Həsən Əskərinin (ə) mövlud günüdür

Rəbiyül-axir ayının 8-də müsəlmanların 11-ci imamı Həsən Əskərinin (ə) mövlud günüdür

Rasthaber Azərbaycan: Rəbiyül-axir ayının 8-də müsəlmanların 11-ci imamı Həsən Əskərinin (ə) mövlud günüdür
Ləqəbləri: Əskəri, Zəkiyy, Xalis, Sirac, Müşəffi, Hadi, Səxiyy, Samit, Mövla, Rəfiq, Müzi, Mürzi, Müstəvdi.
Künyəsi: Əbu Muhəmməd.
Atası: İmam Hadi (əleyhissalam).
Anası: Hədisə (Süsən, Hərbiyyə). O ilahi ariflərdəndi.
Doğulduğu gün: 8 (və ya 10) Rəbiüsl-axir.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il: 232-ci hicri ili.
Şəhid olduğu gün: 8 Rəbiül-əvvəl, cümə günü.
Şəhid olduğu il: 260-cı hicri ili.
Ömrü: 28 il.
Şəhadət səbəbi: Abbasi xəlifələrindən olan Mötəmid onu zəhərləmişdir.
Dəfn olunduğu yer: Samirra.
Övladlarının sayı: O Həzrətin yeganə övladı Həzrət Məhdidir (əleyhissalam)
Bu gün, hicri qəməri tarixi ilə Rəbiyüs-sani ayının 8-də müsəlmanların 11-ci imamı Həsən Əskərinin (ə) mövlud günüdür.
İmam Həsən Əskərinin (ə) atası, imam Əliyyən Nəqi (ə) şəhadətə yetişəndən sonra, hicrətin 254-cü ilindən etibarən onun imamlıq dövrü başlayıb və 6 il davam edib.
İmam Həsən Əskəri (ə) hicrətin 260-cı ili Rəbiyül-əvvəl ayının 8-də 28 yaşında Abbasilərin 14-cü xəlifəsi Mötəməd tərəfindən zəhərlənərək şəhid edilib.
O Həzrət iyirmi iki yaşında ikən atası şəhadətə yetişmişdi. İmamlıq dövrü altı olmuş, ümumilikdə isə iyirmi səkkiz il yaşamışdır. Hicrətin iki yüz altımışıncı ilində şəhid olmuş və Samirra şəhərində öz evindəcə, atasının qəbrinin yanında dəfn olunmuşdur. Mübarək məzarı İraqın Samirra şəhərindədir.
İmam Həsən Əskəri (ə) İmam olduğu qısa müddət ərzində bir-birindən zalım olan üç Abbasi xəlifəsinin müasiri olmuşdur. Bu üç xəlifə aşağıdakılar olmuşlar:
1) Əl-Mötəzz Billah (252–255 h.q)
2) Əl-Mühtədi Billah (255–256 h.q)
3) Əl-Mötəmid (256–279 h.q).
İmam Həsən Əskəri (ə) Abbasi xəlifəsinin əmrilə məcburi şəkildə Samirrada Əskər adlı bir yerdə saxlanıldığı üçün Əskəri adlandırılmışdı. O həzrətin əsas fəaliyyəti xalqın qeyb dövrünə hazırlanması olmuşdur. İmam Mehdinin (ə) dünyaya gəlişinin yaxınlaşması, qeyb dövrünün xüsusiyyətləri haqqında xalqa agahlıq verilməsi, şiələrlə birbaşa əlaqələrin məhdudlaşdırılması imam Həsən Əskərinin əsas fəaliyyətlərindən olmuşdur.
İmam çətinliklə də olsa,İslam maarifini yaymaqda və düşmənlərin iradlarını rədd etməkdə böyük rolu olmuş şagirdlər yetişdirmişdi. Şeyx Tusi o Həzrətin şagirdlərinin sayının yüzdən çox olduğunu qeyd etmişdir.
Tarixi qaynaqlara əsasən, İmam Həsən Əskəri (ə) şiələr arasında tanınmış şəxsləri seçib müxtəlif yerlərə nümayəndə göndərmiş, onlarla əlaqə saxlayaraq bütün şiələrə nəzarət edə bilmişdir.İmamın fəliyyətlərindən biri də şiələri, xüsusən də, yaxın dostlarını maddi cəhətdən təmin etmək olub. Şiələrdən bir neçəsinin İmamın hüzuruna gedib yoxsulluqdan şikayətlənməsinin, İmamın da onların maddi ehtiyacını ödəməsi hətta bəzən özləri şikayətlənmədən İmam özü onların maddi ehtiyacını aradan qaldıraraq şiələrin maddi çətinlik ucbatından xəlifəyə tərəf cəlb olunmasının qarşısını alırdı.
İmam Həsən Əskərinin cəmiyyət arasındakı nüfuz və hörmətinin günbəgün artmasından nigaran olan Abbasi xəlifəsi Mötəmid camaatın o Həzrətə olan diqqətinin artdığını, zindanın, təzyiq və işkəncələrin mənfi nəticə verməsini gördükdə, öz köhnə üsullarına əl atıb İmamı gizlincəsinə zəhərləyir.
İmam Həsən Əskərinin (ə) mövludu münasibətilə bütün müsəlmanları təbrik edirik!

Xəbəri paylaş

VİDEOLAR