Kərbəlanın İmam cüməsi böyük mərcəi təqlid müctehidi Ayətullah Seyid Sistaninin mesajını oxuyub
Rasthaber Azərbaycan xəbər verir ki, Ayətullah Sistaninin Kərbəladakı nümayəndəsi, Kərbəlanın İmam Cüməsi Əbdul-Mehdi Kərbəlai, dünənki cümə namazı xütbəsində böyük mərcəi təqlid müctehidi Ayətullah Seyid Sistaninin mesajını oxuyub.
Mesajda təhlükəsizlik və siyasi problemlərin yaranmasının ölkədə xaricilərin müdaxiləsinin artmasına səbəb olduğu önə çəkilib.
Əbdul-Mehdi Kərbəlai mesajın davamında, Ayətullah Sistaninin İraqın Milli suverenliyinin pozulmasını tənqid edərək, bütün bunların daxili problemlərdən qaynaqladığını və bütün iraqlı tərəflərə şəxsi mənfəətlərini bir qırağa qoyub birlik və vəhdətə gəlmələrini istədiyini bildirib.