Məscid sırf krallıq vətəndaşları üçün açıq olacaq.
Rasthaber Azərbaycan xəbər verir ki, 4 oktyabrda Səudiyyə Ərəbistanı rəhbərliyi Məkkədə yerləşən Məscidül-Həramın fəaliyyətini bərpa edib.
Bərpanın ilkin mərhələsində məscidə 6 minədək daxil olmasına icazə verilir.
Məscid sırf krallıq vətəndaşları üçün açıq olacaq.
Ziyarət üçün hər bir kəsə 3 saat vaxt verilir.
Məscidül-Həram gündə bir neçə dəfə dezinfeksiya edilir. Zəvvar ibadət üçün məscidə daxil olmazdan öncə ərizə verməli və xüsusi mobil tətbiq vasitəsi ilə tarix və zaman tutmalıdır ki, insanların çoxlu toplanmasının qarşısı alına bilsin.
Bundan başqa, proqram vasitəsi ilə zəvvarlar hərəkət vasitələrini də seçə bilərlər.
İkinci mərhələ isə 18 oktyabrda başlayacaq və icazə verilən zəvvar sayı 75% artırılacaq.
Digər ölkələrdə yaşayan müsəlmanlara isə 1 noyabrdan ziyarətlərə icazə veriləcək. Əcnəbilərin sayı gündəlik 20 min nəfərdən, ibadət edənlərin sayı isə gündəlik 60 min nəfərdən artıq olmayacaq.
Krallığın Daxili İşlər Nazirliyi Səhiyyə Nazirliyinin pandemiya ilə bağlı tətbiq etdiyi məhdudiyyət və prinsipləri daim qiymətləndirəcək.