İlhan Pmar Səudiyyənin ünvanına ağır ittiham səsləndirdi: Qatil...

İlhan Pmar Səudiyyənin ünvanına ağır ittiham səsləndirdi: Qatil...

ABŞ Nümayəndələr Palatasının Demokratlar partiyasından olan müsəlman üzvü Səudiyyəni tənqid edib

Rasthaber Azərbaycan eastnews-a istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının Demokratlar partiyasından olan müsəlman üzvü İlhan Omar Səudiyyə Ərəbistanını tənqid edib.

O, açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı uşaqların və jurnalistlərin qatilidir.

"Amazon" şirkətinin sahibi Cif Bezosun telefonunun Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın adamları tərəfindən haker hücumuna məruz qalmasına münasibət bildirən İlhan Omar baş verənləri yolverilməz adlandırıb.

"Səudiyyə Ərəbistanı uşaqları və jurnalistləri öldürdükdən sonra indi də amerikalıların telefonlarının içinə girməyə başlayıb", - deyə İlhan Omar qeyd edib. 

Xəbəri paylaş

VİDEOLAR