İlahiyyatçı Seyid Fəramiz Abbasov azad olunub

İlahiyyatçı Seyid Fəramiz Abbasov azad olunub

Xəbər verildiyi kimi Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb.

Dövlət başçısı bu sərəncamı dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb.

Azad edilənlər arasında ilahiyyatçı Seyid Fəramiz  Abbasov, MTN generalları olmuş Akif Çovdarov, Sübahir Qurbaniv və Nardaran hadisələri zamanı həbs olunan Eldar Bünyədov da var.

Xəbəri paylaş

VİDEOLAR