Məhkəmə prosesi 19 iyuna təyin olunub
Rasthaber Azərbaycan xəbər verir ki, külli miqdarda qanunsuz narkotik saxlamada ittiham olunan “Mizan Maarif Mərkəzi” İctimai Birliyinin baş direktoru, ilahiyyatçı Ruhullah Novruzzadənin Bakı Ağır Cinayətlər Məhkəməsində ilk məhkəmə iclası keçirilib.
Saat 13:00-da başlayan məhkəmə prosesi tərəflərin aktları təqdim və natamam təqdim etməsinə görə 19 iyun tarixə təxirə düşüb.
Qeyd edək ki, Ruhullah Novruzzadə İranın Qum Dövlət İlahiyyət Universitetinin hüquq fakültəsinin tələbəsi olub. O, təhsil aldığı dövrdə xəstə atasına baş çəkməyə gələrkən hava limanında məlum olub ki, ölkəyə çıxışına qadağa qoyulub.
O, bu il yanvarın 31-də həbs olunub. Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Novruzzadə hazırda Şüvəlanda istintaq təcridxanasında saxlanılır.