İki Koreya ölkəsi arasında silahlı insident

İki Koreya ölkəsi arasında silahlı insident

Hadisədə ölən və yaralanan olmayıb.

  Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargahından verilən məlumata görə, dünən yerli vaxtla səhər 07:41-də Şimali Koreya tərəfindən Cənubi Koreya sərhədindəki hərbi stansiyaya bir neçə dəfə atəş açılıb.

Cənubi Koreya əsgərləri də digər tərəfə iki dəfə cavab atəşi göndəriblər.

Hadisədə ölən və yaralanan olmayıb.

  Hərbi səlahiyyətlilər Şimali Koreyanın Cənubi Koreyaya hansı səbəbdən atəş açdığını bilmədiklərini və hadisənin səbəblərinin araşdırıldığını söyləyiblər.

Xəbəri paylaş

VİDEOLAR