İki gündə Yunanıstan sərhədini keçməyə 10 min cəhd

İki gündə Yunanıstan sərhədini keçməyə 10 min cəhd

Martın 1-də Yunanıstanda 60 mühacir həbs edilib və istintaq başlayıb.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, qanunsuz mühacirlər Türkiyədən Yunanıstana keçmək cəhdlərini davam etdirirlər. Gün ərzində təxminən 5,5 min belə cəhdin qarşısı alınıb.

Martın 1-də Yunanıstanda 60 mühacir həbs edilib və istintaq başlayıb.

İki gün ərzində isə təxminən 10 min cəhd qeydə alınıb və 73 nəfər həbs olunub.

Bu gün həmçinin sərhəddə baş vermiş toqquşma zamanı bir mühacir daşla yunan polis nəfərini yaralayıb. Polis xəstəxanaya çatdırılıb. 

Bir neçə gün əvvəl Türkiyə suriyalı qaçqınlar üçün Avropa İttifaqı ilə olan sərhədini açıb.

Xəbəri paylaş

VİDEOLAR