İbrahim Rəisidən ilk açıqlama

İbrahim Rəisidən ilk açıqlama

İranın prezident seçkilərində qələbə qazanmış İbrahim Rəisi ilk açıqlamasını verib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İbrahim Rəisi İran İslam Şurası Məclisinin sədri ilə görüşdən sonra müxbirlər qarşısında deyib: "Mütləq, əziz xalqımızın ürəyində gələcəyə nisbət ümid yaransın və hökumətə inamları günü-gündən artsın deyə, ölkəmizin düyünlərini açmaq üçün İslam Şurası Məclisi, onun deputatları və sədri habelə bütün elita və mütəxəssislərlə yeni hökumətin qurulmasına səy göstərəcəyik".

İbrahim Rəisi "Ölkəmizin bütün əziz xalqından və hörmətli namizədlərdən möhtəşəm seçkilərin təzahüründə çoşqu və həyəcanla rol ifa etdikləri üçün təşəkkür edirəm", -deyə bildirib.

Rəisi sonra deyib: "Xüsusilə də, başda İslam İnqilabının Böyük Rəhbərinə xalqın bu cür iştirakı və yeni hökumətin qurulması üçün zəmin yaratmaqdakı roluna görə, səmimi qəlbdən təşəkkür edirəm".

Xəbəri paylaş

VİDEOLAR