İbrahim Rəisi Ərdoğanı qələbə münasibətilə təbrik etdi

İbrahim Rəisi Ərdoğanı qələbə münasibətilə təbrik etdi

Rəisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana prezident seçkilərindəki qələbəsi ilə bağlı mesaj göndərib.İran prezidenti Seyid İbrahim Rəisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana prezident seçkilərindəki qələbəsi ilə bağlı mesaj göndərib. Rəisi mesajında aşağıdakı ifadələrdən istifadə edib: “Qarşıdakı dövrdə İran və Türkiyə arasında dostluq əlaqələri iki xalqın güclü tarixi, mədəni və dini ə

Rasthaber xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana prezident seçkilərindəki qələbəsi ilə bağlı mesaj göndərib.

Rəisi mesajında aşağıdakı ifadələrdən istifadə edib:

“Qarşıdakı dövrdə İran və Türkiyə arasında dostluq əlaqələri iki xalqın güclü tarixi, mədəni və dini əlaqələri, mehriban qonşuluq münasibətləri, qarşılıqlı hörmət və ortaq maraqlar və iki ölkə arasında sıx əməkdaşlıq əsasında daha da möhkəmlənəcək. regionda və İslam dünyasında baş verən proseslər, regionda sülhün və sabitliyin möhkəmləndirilməsi ilə bağlı iki ölkəni bir araya gətirir və onun inkişafı üçün daha əlverişli şərait yaradacağına inanıram”.

Xəbəri paylaş

VİDEOLAR