İbrahim Rəisi: İran transsərhəd Hilmand çayında su payı hüququnu bərpa etməlidir

İbrahim Rəisi: İran transsərhəd Hilmand çayında su payı hüququnu bərpa etməlidir

İranın xarici işlər və energetika nazirləri transsərhəd Hilmand çayında İranın su payını bərpa etmək üçün fəaliyyətini davam etdirməlidirlər.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Nazirlər Şurasının iclasında deyib.

Onun fikrincə, xalq adminstrasiyası heç bir şəkildə millətin hüquqlarını müdafiə etməkdən çəkinməyəcək.

Prezident aidiyyəti nazirliklərə Sistan və Bəlucistan əyalətlərinin əhalisinin içməli və kənd təsərrüfatı suları ilə təminatının digər yollarını ciddi şəkildə nəzərdən keçirməyi tapşırıb.

Xəbəri paylaş

VİDEOLAR