Həzrəti Zeynəbin (ə) vəfat günüdür

Həzrəti Zeynəbin (ə) vəfat günüdür

Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Xanım Zeynəbin (ə) vəfat günüdür

Hicri qəməri tarixi ilə Rəcəb ayının 15-i İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı xanım Zeynəbin (ə) vəfat günüdür

Hicrətin 6-cı ilində, cəmadiül-əvvəlin ayının 5-də Mədinə şəhərində Peyğəmbər (s) ailəsində, İmam Əli (ə) və Peyğəmbərin (s) can parəsi olan xanım Fatimeyi-Zəhranın (ə) evində bir qız uşağı dünyaya gəlir. Peyğəmbər (s) yeni doğulmuş körpənin adını Cəbrayıl (ə) nazil olub xəbər gətirəndən sonra Zeynəb qoyur. Zeynəb "atasının zinəti" deməkdir.

Həzrət Zeynəb (ə) beş ilə qədər Peyğəmbərlə (s) bir yerdə yaşayıb. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da, bu barədə yazılmış kitablarda qeyd olunub. O qardaşları Həzrəti Həsən (ə), Həzrəti Hüseyn (ə) və Həzrəti Əbəlfəzl Abbasın (ə) bacıları olaraq İmamət və Əhlibeytə (ə) (Məsumlara) ən yaxın şəxslərdən sayılır.

Xanım Zeynəb (ə) çox dözümlü, güclü, səbirli bir xanım idi. Kərbəla həqiqətlərinin dünyaya çatdıran da məhz xanım Zeynəb (ə) olub. Xanım Zeynəb (ə) Kərbəla hadisəsini bir xanımın iradəsində layiqincə canlandıran xanımlardan biridir. Gözlərinin önündə qardaşının, yaxınlarının, ən əsası körpələrin, daha əsası isə Peyğəmbər (s) əmanətlərinin qanına qəltan olduğunu görən bir xanımın Allahın böyük imtahanı olduğunu bildiyi üçün yüksək dözüm, iradə, səbr nümayiş etdirməsi bəşəriyyətə bir mesaj, bir çağırış idi. Xanım Zeynəb (ə) məhz o gün cəsarətli, şücaətli, ismətli, iffətli, iradəli, səbrli bir qadın obrazını canlandıraraq gələcək nəsillər üçün ilahi bir nümunə bəxş etdi.

Onun pak qəbri Suriyada, Dəməşq şəhərində yerləşir. Suriyadakı ixtişaş və müharibə başlayana qədər, o türbə də əhlibeytsevərlərin tək buraxmadığı ziyarətgahlardan idi. Sonradan terror hədələri bu ziyarətgahın, geniş zəvvar kütləsinin üzünə bağlanmış oldu. Lakin son aylar İran, İraq və digər ərəb ölkələrindən, həmçinin Azərbaycandan da müharibədən sonra Xanım Zeynəbin (ə) ziyarətinə zəvvar axını başlayıb. Bir neçə gün əvvəl ölkəmizdən Suriyaya müharibələrdən sonra ilk zəvvar karvanı yola düşüb.

Xəbəri paylaş

VİDEOLAR