Bu gün İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) əziz qızı Həzrət Zəhranın (s.ə) şəhadət günüdür.
Həzrət Fatimənin adları
Allahın Peyğəmbəri(s):«Qızım ona görə Fatimə adlanıb ki, Allah-taala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib.
İmam Sadiq (ə):”Fatimənin Allah yanında doqquz adı var: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Rəziyyə, Mərziyyə, Mühəddisə, Zəhra.
Umarə:”İmam Sadiqdən (ə) soruşdum ki: Fatiməni nə üçün “Zəhra” (parlaq) adlandırıblar? Buyurdu:”Çünki o mehrabda dayananda onun nuru səma əhlinə, ulduzların yerdə olanlar üçün saçması kimi saçırdı.”
Fatimə mənim bədənimin bir parçasıdır.
Allahın Peyğəmbəri(s):”Fatimə mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir.
Allahın Peyğəmbəri(s): “Həqiqətən Fatimə mənim bədənimin bir parçasıdır. O mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən məni də qəmləndirir və onu şad edən məni də şad edir. O mənim Əhli-Beytimdən mənə qovuşan ilk şəxsdir.”
Fatimə dünya xanımlarının xanımıdır
Allahın Peyğəmbəri(s):”Qızım Fatimə dünya xanımlarının xanımıdır.”
Allahın Peyğəmbəri(s):”Fatimə Cənnət xanımlarının xanımıdır”.
Allahın Peyğəmbəri(s):”Qızım Fatimə dünyanın – yaradılışın əvvəlindən sonuna kimi – bütün qadınlarının xanımıdır”.
Fatimə qəzəblənəndə Allah da qəzəblənir.
Allahın Peyğəmbəri(s) Fatimə əleyhəs-səlama buyurub:”Allah sənin qəzəbinlə qəzəblənir və sənin sevincinlə şad olur.”