Şaban ayının 11-i Hz. Əli Əkbərin (ə) mübarək mövlud günüdür.
Az.rasthaber.com: İmam Hüseyn (ə), Əli Əkbəri (ə) meydana göndərəndə qoşuna xitab edib buyurdu: “Camaat! Şahid olun ki, yaradılışda, xasiyyətdə və məntiqdə Rəsulullaha (s) ən çox bənzəyən bir oğlanı meydana göndərirəm! Bilin ki, hər zaman ürəyimiz Peyğəmbər (s) üçün darıxsaydı, onun üzünə baxardıq!”
Hicri təqvimi şəban ayının on birinci günü, həzrət Əli Əkbər dünyaya göz açdı. Onun atası həzrət Seyyidüş-şühəda (ə), anası, leyla binti Mərrə Səqəfi idi.
Onun künyəsi Əbulhəsən, ləqəbi Əkbər idi. Mötəbər rəvayətə əsasən, o cənab imam Hüseynin (ə) ən böyük övladıdır.