Husilər Səudiyyə Ərəbistanının dəstəklədiyi prezidentin səlahiyyətlərini digərinə həvalə etməsini "gülünc teatr səhnəsi" adlandırıblar.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Yəmənin Ənsarullah hərəkatının sözçüsü Məhəmməd Əbdüssəlam deyib.
O, rəsmi tvitter səhifəsində Səudiyyə Ərəbistanının dəstəklədiyi prezidentin səlahiyyətlərini digərlərinə həvalə etməsinin "əhəmiyyətsiz və məzhəkəli" olduğunu bildirib.
Məhəmməd Əbdüssəlam əlavə edib ki, Yəmənin və xalqının taleyi xaricdə deyil ölkə daxilində həll edilir.
Qeyd edək ki, Abdu Rabbih Mansur Hadi bu gün səlahiyyətlərini yeni yaranmış "Rəyasət Şurası"na həvalə edib. Səudiyyə Ərəbistanında keçirilən mərasimdə vəliəhd Məhəmməd bin Salman bu addımı alqışlayıb və dərhal Yəməndə yeni siyasi quruma 3 milyard doların ayrılması xəbərin verib.