Yəmən husiləri işğalçı İsrailə gedən gəmilərin keçidinə mane olacaqlar.
Az.rasthaber.com xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Yəhya Səri bildirib.
"Yəmən qüvvələri hansı ölkəyə mənsub olmasından asılı olmayaraq, işğalçı İsrailə gedən gəmilərin keçidinin qarşısını alacaq. Qəzza zolağı ehtiyac duyduğu qida və dərmanı almazsa, bu cür gəmilər qiyamçıların qanuni hədəfinə çevriləcək”, - məlumatda deyilib.
Qeyd edək ki, bir neçə gün öncə Yəmənin Ənsar Allah hərəkatı Bab əl-Məndəb boğazında iki sionist rejim gəmisinə raket və pilotsuz uçan aparatla hücum etmişdi.