Yəmən Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Husi düşmən sionist rejimi və ABŞ-ın mülki infrastruktura hücumunun müharibə cinayəti olduğunu vurğulayaraq deyib: “Heç nə Yəmənin Qəzzəyə dəstək verməsini dayandıra bilməz və biz ABŞ və sionist rejimin terrorizmi ilə mübarizə əməliyyatını davam etdirəcəyik”.
Az.rasthaber.com xəbər verir ki, Yəmənin Ali Siyasi Şurasının yüksək rütbəli üzvü Məhəmməd Əli əl-Husi sionist rejimin bu ölkənin hərbi infrastrukturuna vəhşicəsinə hücumuna cavab olaraq bu açıqlamaları verib:
“Düşmən İsrail və ABŞ-ın mülki infrastruktura hücumları terrorizm və müharibə cinayətləri kimi qəbul edilir və pislənir.
İşğalçı İsrail və ABŞ rejiminin Yəmənə qarşı törətdiyi cinayətlər bölgədə törədilən cinayətlərin davamıdır.
İsrail və ABŞ-ın cinayətləri Yəmənin Qəzzaya dəstək missiyasını davam etdirməsinə mane olmur və Yəmənin ABŞ və sionist rejim terrorizminə qarşı əməliyyatları davam edəcək”.
Qeyd edək ki, Yəmən xəbər mənbələri bu gün səhər saatlarında Səna və Hudeydə şəhərlərində partlayışların baş verdiyini bildirib.
İlkin məlumatlara görə, Sənanın cənubundakı Həzyaz bölgəsindəki elektrik stansiyasına üç dəfə hücum edilib.
Sionist media da Yəmənə hücumların İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirildiyini açıqlayıb.
Yəmənin əl-Mesirah kanalı bu açıqlama ilə çıxış edib:
“BBu gün səhər saatlarında Sənanın şimalında və cənubunda yerləşən Həzyaz və Hezyan elektrik stansiyalarına 4 dəfə, Hudeydə limanına 4 dəfə, Hudeydə əyalətindəki Ras İsa neft yatağına isə 2 dəfə hava zərbələri endirilib.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Seri bir neçə saat sonra mühüm açıqlama verəcəyini açıqlayıb.
İsrail rejimi mediası bu səhər Təl-Əvivə raket hücumu təşkil etdiyini və bu hücumun böyük ehtimalla Yəmən tərəfindən həyata keçirildiyini açıqlayıb.