Human Rights Watch: Bəhreyndə durum vahiməlidir

Human Rights Watch: Bəhreyndə durum vahiməlidir

Human Rights Watch Bəhreyndə insan haqlarının durumununu vahiməli adlandırıb

Rasthaber Azərbaycan xəbər verir ki, Human Rights Watch Bəhreyndə insan haqlarının durumunun vahiməli olduğunu bildirib.

Human Rights Watch Qəbi Asiya koordinatoru Joe Stork bu haqda açıqlama verərək, Bəhreynli rəsmilərin höküməti tənqid edənləri yox etdiklərini və ya həbsə atdıqlarını önə çəkib.

 Stork Bəhreyn hökümətinin müttəfiqlərinin bu mövzuya diqqət etmədiklərinə görə tənqid edib. İnsan haqları müdafiəçisi müttəfiqlərin  etiraz etdiklərinə görə həbs olunanların azad edilməsi istiqamətində Bəhreyn hökümətinə təzyiq əvəzinə, hökümətlə işbirliyinə davam etməsi insan haqlarının pisləşməsinə səbəb olub.

 Human Rights Watch 100 ölkədə insan haqları ilə bağlı hesabatnı açıqlayıb.

Hesabatda Bəhreyn rejiminin 2019-cı ildə virtual aləm və sosial şəbəkələrdə fəalların susdurulduğunu, tvitter kimi sosial şəbəkələrdə tənqid və ya sərt etiraz fikirləri yayanların istintaqa cəlb ediləcəyi də daxil edilib.

 

Xəbəri paylaş

VİDEOLAR