Hulusi Akar: Türkiyə əsgərləri ən qısa zamanda Azərbaycana gedəcək

Hulusi Akar: Türkiyə əsgərləri ən qısa zamanda Azərbaycana gedəcək

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar hazıryıqların başa çatdığını, Türkiyədən əsgərlərin ən qısa zamanda Azərbaycana gedəcəyini bildirib.

Rasthaber TRT-yə istinadən xəbər verir ki, nazir Hulusi Akar deyib ki, Azərbaycanla bağlı layihə qəbul edilib, hazırlıqlar tamamlanıb.

Türk əsgəri ən qısa zamanda Azərbaycandakı vəzifələrinin başına gedəcək. Bununla əlaqədar xüsusilə Quru Qoşunlarımız işlərini tamamlayıb. Hava Qüvvələrimiz onların daşınmasına hazırdır. Türkiyədən gedəcək Məhmətciklərimiz Azərbaycanlı qardaşlarımıza lazım olan kömkliyi göstərəcək və qardaşlarımıza ziyan dəyməsinə manə olmağa cəhd göstərəcək.

Azərbaycan Silahlı Qüvvələrinin 30 ilə yaxındır Ermənistan tərəfindən işğal olunmuş ərazilərini uğurla geri aldığını söyləyən Akar, Qarabağla bağlı imzalanan müqavilə ilə əlaqədar olaraq, "Rusiya ilə danışıqlarımız davam edir. Azərbaycanlı qardaşlarımızın bütün hüquq və mənafelərinin qorunması üçün edilməsi lazım olan hər şeyi etdik, edirik" deyib.
Bəzi qərbli siyasi xadimlərin "Azərbaycan Ordusu Qarabağı yandırdı və yıxdı" ifadələrinə reaksiya göstərən Akar "Bu qeyri-real ifadələr tamamilə səhv qiymətləndirmələrdir. Azərbaycan Ordusu beynəlxalq hüquqa zidd bir şey etmədi.  Azərbaycan Ordusu Qarabağda beynəlxalq hüquqa zidd heç bir addım atmayıb: Azərbaycan Ordusunun gördüyü iş 30 ildən bəri işğal altında olan torpaqlarının azad edilməsindən ibarətdir.. Azərbaycan Ordusunu "yandırıb-yıxmaqla" günahlandırmaq həqiqətən böyük qəflətdir, həqiqətdən ciddi bir səhvdir" ifadəsini işlədib.

Xəbəri paylaş

VİDEOLAR