Hücumu Taliban öz üzərinə götürdü

Hücumu Taliban öz üzərinə götürdü

Əfqanıstan müdafiə naziri general Bismillə Xan Məhəmmədinin Kabildəki evinə hücumu Taliban öz üzərinə götürüb

Əfqanıstan müdafiə naziri general Bismillə Xan Məhəmmədinin Kabildəki evinə hücumu Taliban öz üzərinə götürüb.

Rasthaber Azərbaycan xəbər verir ki, Taliban qruplaşması bu haqda mediaya məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hücum ilk öncə partlayış vasitəsilə, daha sonra silahlı hücumla davam edib, hücum zamanı hökümətin önəmli şəxsləri öldürülüb və ya yaralanıb.

Əfqanıstan Daxili İşlər Nazirliyindən də bəyan edilib ki, hücum edənlərin hamısı məhv edilib.

Xatırladaq ki, daha öncə hadisə şahidi və polisdəki mənbə bildirmişdi ki, Əfqanıstan müdafiə nazirinin evi yaxınlığında avtomobil partladılıb, bundan sonra isə bir neçə silah şəxs onun evinə daxil olublar.

Xəbəri paylaş

VİDEOLAR