HTŞ-dən Xanım Zeynəb (s.ə) Ziyarətgahı ilə bağlı yeni qərar

HTŞ-dən Xanım Zeynəb (s.ə) Ziyarətgahı ilə bağlı yeni qərar

Əl-Qaidə ilə əlaqəli terror təşkilatı olan Heyət Təhrir əş-Şam (HTŞ) Hz. Zeynəb (s.ə) türbəsi ilə bağlı yeni bir qərar qəbul edib.

Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə "Bagdadtoday" portalı məlumat yayıb.

Sayt Suriyalı mənbələrə istinadən yazır ki,  zəvvarlara qarşı pis rəftar edən xarici mənşəli HTŞ qüvvələri Hz. Zeynəb (s.ə) türbəsindən uzaqlaşdırılıb.

HTŞ dini azlıqlara qarşı təzyiq və zorakılığını davam etdirir

Suriyada hakimiyyəti ələ keçirən HTŞ terror təşkilatı müxtəlif inanclara və kimliklərə qarşı qəddar təzyiq və zorakılıq siyasətini davam etdirir.

Şamın yaxınlığında yerləşən Hz. Zeynəb (s.ə) türbəsinin altı xidmətçisi son günlərdə təkfirçi terrorçular tərəfindən oğurlanmışdı. Terrorçular tərəfindən şəhid edilən xidmətçilərin adları bunlardır:

  • Musa Əhməd Əl-Diab
  • Həsən Faysal Əl-Diab
  • Hüseyn Zəkəriyyə Hacı Həsən
  • Yəhya Zəkəriyyə Hacı Həsən
  • Cəfər Yunis Həsən
  • Həsən Məhəmməd Əl-Hacı Əl-Musəvi

HTŞ-yə qarşı Fransa və Almaniyada etiraz aksiyaları keçirilib

Suriyanın Hələb şəhərindəki Meysalun bölgəsində yerləşən Həsibi Türbəsinə (Əbu Abdullah Əl-Hüseyn Əl-Həsibi türbəsi) təşkil edilən hücumlardan sonra, evlərindən zorla çıxarılaraq yoxa çıxan ələvilər və xristianların sayının artması narahatlıq doğurur.

Eyni zamanda, ərəblərə, xüsusən də ələvilərə qarşı təhqir və təzyiq görüntülərinin sosial mediada yayılmasının ardından Suriya və dünya miqyasında etiraz aksiyaları təşkil olunub.

Fransanın paytaxtı Parisdə ələvi dərnəkləri Suriyada ələvilərə qarşı həyata keçirilən hücumlara etiraz ediblər.

Almaniyanın Mannheim şəhərində isə Demokratik Ələvi Federasiyasının (FEDA) çağırışı ilə Türkiyənin dəstəklədiyi HTŞ və SMO-nun ələvilərə, kürdlərə, xristianlara və dürzilərə qarşı hücumları etirazlarla qarşılanıb.

Xəbəri paylaş

VİDEOLAR