"Qanunsuz, yanlış və zalımcasına sanksiyalarını götürərsə, dərhal 5+1 başçıları görüş keçirə bilərlər"
Rasthaber Azərbaycanın İran mediasına istinadən xəbərinə görə, İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Tehranda 26-cı “Sığorta və İnkişaf” konfransında bildirib ki, Ərəbistan və sionist rejim nüvə anlaşmasından çıxmaq sahəsində Amerikaya təsir göstərmənin və İrana qarşı sanksiyaların şiddətlənməsinin əsas amilləri olublar.
"İran xalqı öz ölkəsinin müstəqilliyi və başıucalığı üçün düşmənlər qarşısında həyatının son anınadək müqavimət göstərəcək. İran müzakirə yolunu bağlamayıbdır”, - deyə Ruhani bildirib.
İran prezidentinin sözlərinə görə, əgər Amerika öz terrorçu, qeyri-düzgün, qanunsuz, yanlış və zalımcasına sanksiyalarını götürərsə, dərhal 5+1 başçıları görüş keçirə bilərlər və İranın da heç bir problemi yoxdur.
Ruhani İranın nüvə öhdəliklərinin azaldılmasının nüvə anlaşmasına bağlı olduğunu qeyd edib.
Ruhani iğtişaşçıların İrandakı hərəkətlərinə toxunub: "İğtişaşçılar öz ifadələrində etiraf ediblər ki, mütəşəkkil və planlaşdırılmış şəkildə bu hadisələrdə iştirak ediblər."