Həşdi Şabidən ABŞ-ın hücumuna REAKSİYA

Həşdi Şabidən ABŞ-ın hücumuna REAKSİYA

Həşdi Şaabi açıqlamasında ABŞ-ın pilotsuz təyyarələrin təşkilatın Bağdaddakı qərargahına hücumlarına reaksiya verib və bu hərəkətin açıq şəkildə İraqın suverenliyinə və təhlükəsizlik qüvvələrinə hücum olduğunu vurğulayıb.

Az.rasthaber.com xəbər verir ki, İraq mediası cümə axşamı günü bildirib ki, Hizam Bağdad əməliyyatları komandir müavini Hacı Əbu Təkva əl Səidi və köməkçisi PUA-nın Bağdadda Həşd əl-Şaabinin 12-ci briqadasının qərargahına hücumu nəticəsində şəhid olub, 6 nəfər yaralanıb.

Bəyanatda Bağdaddakı rəsmi təhlükəsizlik qərargahına PUA-nın hücumu ilə bağlı aşağıdakı ifadələr yer alıb:

“Bu cinayət əməli İraqın suverenliyinə və Silahlı Qüvvələrin Ali Baş Komandanının təhlükəsizlik qüvvələrinə açıq hücumdur. bütün beynəlxalq qanunların və müqavilələrin pozulmasıdır.

Bu qəsdən və təhlükəli hərəkət İraqın suverenliyini və qanunlarını pozmaq, iraqlıların qanına və ləyaqətinə hörmətsizlik etməkdə açıq-aşkar israr olduğunu göstərir”.

Həşd əş-Şaabi İraqın suverenliyini, bu ölkənin ərazi bütövlüyünü və övladlarının rifahını qorumaq üçün silahlı qüvvələrin baş komandanının əmrlərini yerinə yetirməyə hazır olduğunu da vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR