8.04.2022 18:30:03
Sumaria News xəbər agentliyinin verdiyi məlumata görə, Həşdi Şabi prezidenti Falih əl-Feyyaz İraqda baş verən siyasi və təhlükəsizlik inkişafları ilə bağlı açıqlama verərək, bildirib ki, parlamentdəki fraksiya Şiələrin Koordinasiya Şurasının iştirakı ilə formalaşmalıdır.
Az.rasthaber.com xəbər verir ki, Həşd əş-Şabi lideri açıqlamasında belə deyib:
"Müqavimət qrupları Haşd əş-Şabiyə silahlarını təslim etmək üçün şərtlər təklif ediblər. Növbəti hökumət İraqdakı vəziyyəti birtərəfli qaydada dəyişdirə bilməyəcək.
Sədr, qrupların silahlarının bir neçə ay ərzində Həşdi Şabi qurumuna təhvil verilməsini təklif edib və bu təklif prinsipial olaraq qəbul edilib. Müqavimət qrupları yeni hökumətin qurulması və ABŞ qoşunlarının İraqdan çıxarılması müqabilində silahlarını yerə qoyacaqlarını vəd ediblər.