Həşdi Şabi İraqda kütləvi məzarlıq aşkarlayıb

Həşdi Şabi İraqda kütləvi məzarlıq aşkarlayıb

İraqın Ənbar vilayətinin qərbində naməlum şəxslərə məxsus kütləvi məzarlıq aşkarlanıb.

Az.rasthaber.com xəbər verir ki, İraq mətbuatının məlumatına görə, Həşd əş-Şabinin 57-ci briqadası Ənbar vilayətinin qərbində keçirdiyi əməliyyat zamanı naməlum şəxslərin kütləvi məzarlığını aşkar edib.

İraqda kütləvi məzarlıqlarda 6-12 min adamın cəsədi olduğu təxmin edilir.

Xatırladaq ki, İŞİD terror təşkilatı 2014-cü ilin iyun ayında İraqın bütün Mosul, Səlahəddin və Ənbar vilayətlərini, həmçinin Diyalə və Kərkük vilayətlərinin bir qismini ələ keçirib və bu bölgələr illər ərzində təşkilatdan geri alınıb.

Xəbəri paylaş

VİDEOLAR