Livanda etirazlardan sonra istefa edən baş nazir Səəd Həriri yendən o vəzifəyə gəlməyəcəyini bildirib
Rasthaber Azərbaycan xəbər verir ki, Livanda etirazlardan sonra istefa edən baş nazir Səəd Həriri, yazılı açıqlama yayıb.
Açıqlamasında “Hökümətin qurulması üçün son bir neçə gündür adım hallanır. Ancaq yeni höküməti qurma məsuliyyətini üzərimə götürməyəcəyəm.”, - deyə bildirib.
Prezident Aparatına yaxın mənbələr prezident Mişel Aunun yeni höküməti qurmaq üçün müşavirəni təxirə salmayacağını istədiyini deyib.
Livan Konstutusiyasına görə, prezidentin yeni höüməti quracaq şəxsi seçmək üçün parlamentlə müşavirə keçirilməsi lazımdır.
Livanda oktyabr ayının ortasından başlayan etirazlardan sonra baş nazir Həriri 13 gün sonra istefa vermişdi.