"Hər hansı xarici qüvvələrin İraqda varlığı qeyri-qanunidir"

İraqdakı Fəth koalisiyasının lideri Hadi əl-Amiri İspaniya səfiri ilə görüşündə, 2022-ci ilin əvvəlindən heç bir xarici gücün İraq torpaqlarında qalmaq hüququnun olmadığını bildirib.

Az.rasthaber.com xəbər verir ki,  Hadi əl-Amiri İspaniyanın İraqdakı səfiri Pedro Martinez ilə ofisində görüşü zamanı bildirib:
"31 dekabr 2021-ci il tarixindən sonra (keçən ilin sonu) hər hansı xarici qüvvələrin İraqda olması qeyri-qanunidir və bu qüvvələrin İraq torpaqlarında qalmaq hüququ yoxdur. 
Biz hələ də siyasi böhranı həll etmək, maneələri aradan qaldırmaq və İraq xalqına xidmət edə biləcək bir hökumət qurmaq üçün əlimizdən gələni edirik".
Pedro Martinez isə açıqlamasında bildirib:
"İlk olaraq İraqın suverenliyi bizim üçün önəmlidir və İspaniyanın xarici siyasətinin əsas sütunlarından biri ərəb ölkələri, xüsusilə də İraqla yaxşı əlaqələr qurmaqdır".

Xəbəri paylaş

VİDEOLAR