Hollandiya İraq Kürd Regional Rəhbərliyində yerləşdirilən əsgərlərinin mandatının başa çatdığını açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Hollandiya Müdafiə Nazirliyindən verilən açıqlamada İraq Kürd Regional Rəhbərliyində olan əsgərlərin mandatının tamamlandığı bildirilib.
İraq mətbuatının məlumatına görə, 125 holland əsgərini əvəz etmək üçün Estoniyadan olan əsgərlər göndəriləcək.
Qeyd edək ki, Estoniya Müdafiə Nazirliyi daha əvvəl İŞİD-ə qarşı Beynəlxalq Koalisiyanın tərkibində Ərbildə hərbi hissənin yerləşdiriləcəyini açıqlamışdı.
Açıqlamada bölmənin 110 əsgərdən ibarət olduğu qeyd edilib.