Hollandiya müsəlmanları Quranın yandırılmasına etiraz edib

Hollandiya müsəlmanları Quranın yandırılmasına etiraz edib

Hollandiyanın Haaqa şəhərində yüzlərlə müsəlman Qurana edilən hücumlara etiraz edib.

Az.rasthaber.com xəbər verir ki, İslam Təşkilatları Federasiyası (FIO) və Haaglanden Region İslam Təşkilatları Assosiasiyası (SIORH) tərəfindən təşkil edilən “Müsəlman nifrətinə qarşı ayağa qalxın” adlı nümayişə çoxlu sayda müsəlman qatılıb.

Haaqadakı Narıncı Meydanda toplaşan etirazçılar nümayişin keçirildiyi Koekamp meydanına doğru yürüş ediblər.

Etirazçılar “Müsəlman nifrətini dayandırın. Quran bəşəriyyət üçün sülh manifestidir. Ona nifrət edənlər əllərini ondan çəksinlər” deyərək təkbir gətirilib.

Xəbəri paylaş

VİDEOLAR