Həmid Nurinin azadlığa buraxılması İranın güc diplomatiyasının növbəti təzahürüdür

Həmid Nurinin azadlığa buraxılması İranın güc diplomatiyasının növbəti təzahürüdür

"Həmid Nurinin azadlığa buraxılması İranın güc diplomatiyasının növbəti təzahürüdür".

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İran vətəndaşı Həmid Nurinin İsveç həbsxanasından azad olunduğunu təsdiqləyərək deyib: “Sionist rejim planı və münafiqlər terror qruplaşmasının təşkilatçılığı ilə həbs edilmiş İran vətəndaşı Həmid Nurinin azad edilməsi İran İslam Respublikasının milli maraqların həyata keçirilməsi və təmin edilməsində güc diplomatiyasının, eləcə də iranlıların hüquqlarına möhkəm dəstəyinin növbəti təzahürüdür.”

Kənani əlavə edib: “İsveç məhkəməsinin qeyri-qanuni qərarı ilə həbs edilmiş bu vətəndaşın həbsdən azad edilməsinə ölkənin diplomatik qurumunun, məhkəmə sisteminin və digər aidiyyəti orqanlarının davamlı siyasi, hüquqi və konsulluq səyləri nəticəsində nail olunub.”

İran XİN-nin mətbuat katibi bildirib: “Bu münasibətlə şəhid Prezident Ayətullah Rəisinin xüsusi səylərini və şəhid Xarici İşlər naziri Əmir Abdullahiyanın davamlı və ciddi təlaşlarını yüksək qiymətləndirmək lazımdır.”

Kənani deyib: “Girov götürülmüş vətəndaş Həmid Nuri sözlə ifadə edilməz və insan hüquqlarının təməl prinsiplərinə zidd olan 1680 günlük əsirlikdən sonra əziz Vətəninə, səbirli ailəsinin və əzizlərinin ağuşuna qayıdıb.”

Xəbəri paylaş

VİDEOLAR