Həmədanda Mossad casusları ələ keçirildi

Həmədanda Mossad casusları ələ keçirildi

Rezen, Nəhavend və Həmədan şəhərlərində Mossad casusluq agentliyinə xidmət etməyi hədəfləyən 6 xain ünsür aşkar edilərək ələ keçirilib.

Az.rasthaber.com xəbər verir ki, Həmədan vilayətinin İnqilab Keşikçiləri Korpusunun ictimaiyyətlə əlaqələr üzrə rəis müavini Rezen, Nəhavənd və Həmədan şəhərlərində Mossad casusluq xidmətinə xidmət etməyi hədəfləyən 6 xain ünsürün aşkar edilərək ələ keçirildiyini açıqlayıb.

Sözügedən casusların sosial mediada məqsədyönlü fəaliyyətləri ilə rejim ünsürləri ilə əlaqə saxlayaraq ictimai rəyi təhrik etməyə, İran sisteminin imicinə ləkə vurmağa cəhd göstərdikləri, lakin vaxtında və həssas kəşfiyyat izləmələri sayəsində bu cəhdlərinin uğursuzluqla nəticələndiyi açıqlanıb.

Xəbəri paylaş

VİDEOLAR