Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) yüksək vəzifəli üzvü deyib: İsrail rejimi danışıqlarda öz meydanındakı uğursuzluqlarını kompensasiya etmək niyyətindədir, lakin heç vaxt bu məqsədinə nail olmayacaq.
Az.rasthaber.com xəbər verir ki, Üsamə Həmdan Əl-Məyadin kanalına müsahibəsində deyib: ABŞ-ın Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı son təklifi bu ölkənin prezident seçkiləri öncəsi təqdim edilib.
O əlavə edib: İsrail rejimi sionist əsirləri müqavimətdən geri almaq və müqaviməti təslimçilik bayrağını qaldırmağa, sonra isə müharibəni dayandırmaq istəyib-istəməyəcəyinə qərar vermək istəyir.
HƏMAS-ın yüksək rütbəli üzvü İsrailin döyüş meydanında, danışıqlarda əldə edə bilmədiklərinə nail olmaq istədiyini ifadə edərək əlavə edib: İsrail rejiminin bu meydandakı məğlubiyyətlərini danışıqlarda kompensasiya etməsi mümkün deyil.
O, xalqımıza qarşı hücumlardan narahat olduqlarını bildirərək dedi: Beş günlük atəşkəs və müharibənin yenidən başlaması haqqında danışıq aparmaq sionist düşmənin tələbləridir və yerinə yetirilməyəcəkdir.