Həmasdan Yəmənin İsrail əleyhinə qərarına REAKSİYA

Həmasdan Yəmənin İsrail əleyhinə qərarına REAKSİYA

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS Yəmən silahlı qüvvələrinin "İsrailə gedən gəmilərin Qırmızı dənizdən keçməsini əngəlləmək" qərarını alqışlayıb.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın verdiyi yazılı açıqlamada, "lazım olan qida və dərmanların Qəzzaya girməməsi halında, millətindən asılı olmayaraq, Qırmızı dənizdən İsrailə gedən gəmilərin keçməsinin qarşısı alınacaq" açıqlamasına diqqət çəkilib.

Bəyanatda Qəzza zolağına qarşı 2 aydan artıqdır davam edən hücumlara qarşı "cəsur qərar" olaraq xarakterizə edilən açıqlama alqışlanaraq, ərəb və İslam ölkələrinin blokadanı yarmaq üçün tarixi məsuliyyətlərini yerinə yetirməyə çağırılıb. 

Bəyanatda həmçinin ərəb və islam ölkələrindən sionist İsrailin Qəzzada törətdiyi qətliamları dayandırmağı tələb etməsi qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR