Həmasdan ərəb ölkələrinə ÇAĞIRIŞ: Hərəkətə keçmək zamanıdır!

Həmasdan ərəb ölkələrinə ÇAĞIRIŞ: Hərəkətə keçmək zamanıdır!

Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS sionist İsrail ordusunun Qəzza zolağının şimalında Şifa xəstəxanasına hücumlarını davam etdirdiyini və ətrafdakı binaları yandırdığını bildirib.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS-ın verdiyi yazılı açıqlamada sionist İsrail əsgərlərinin xəstəxanaya, onun infrastrukturuna və avadanlıqlarına ziyan vurduğu, xəstələri, səhiyyə işçilərini və köçkün mülki insanları içəridə saxladığı, ətrafdakı binaları yandıraraq partlatdığı qeyd edilib. Xəstəxanada olanların silah hədəsi altında cənuba getməyə məcbur edildiyi bildirilib.

Bəyanatda Şifa xəstəxanası və ətrafda baş verənlərlə bağlı beynəlxalq ictimaiyyətin susmasına da reaksiya verilib, ərəb ölkələri və xalqına “soyqırımı dayandırmaq üçün hərəkətə keçməyə” çağırılıb.

Xəbəri paylaş

VİDEOLAR