Fələstin prezidenti Mahmud Abbas yaxın etibarlı adamı Hüseyn əl-Şeyxi özünün müavini və mümkün varisi təyin etdiyini açıqlayıb.
Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas çıxışında Həmas-ı tənqid atəşinə tutub və bütün girovları azad etməyə çağırıb.
Abbas qəzəbli tonda danışıb, HƏMAS-ı “it oğulları” kimi təhqir edib. Abbasın bu sözləri böyük rezonans doğurub.
HƏMAS və digər Fələstin qrupları Abbasın bəyanatlarını "işğala müqavimət göstərən Fələstin xalqına təhqir" və "beynəlxalq təzyiq altında işbirlikçi dildən istifadə" kimi qiymətləndirib.
Reaksiyalarda Abbasın müqaviməti hədəf almasının işğala qarşı mübarizənin legitimliyinə xələl gətirdiyi vurğulanıb.
Digər tərəfdən, Fələstin prezidenti Mahmud Abbas yaxın etibarlı adamı Hüseyn əl-Şeyxi özünün müavini və mümkün varisi təyin etdiyini açıqlayıb.