Həmas Qəzza zolağında təklif olunan atəşkəs rejimini qiymətləndirdiklərini və tezliklə cavab verəcəklərini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, Həmas Qəzza zolağında vasitəçilər vasitəsilə çatdırılan atəşkəs təklifini araşdırdıqlarını və tezliklə bu təklifə cavab verəcəklərini açıqlayıb.
“Həmas hərəkatı vurğulayır ki, onun rəhbərliyi yüksək milli məsuliyyət daşıyan vasitəçi qardaşların təklifini araşdırıb və lazımi məsləhətləşmələri tamamladıqdan sonra tezliklə cavab verəcək”, - HƏMAS-ın bəyanatında deyilir.
Bazar ertəsi axşam Misirin “Al Qahera News” telekanalı mənbələrə istinadən xəbər verir ki, Misir İsrailin Qəzza zolağında müvəqqəti atəşkəs təklifini alıb, təklifi Həmas-a göndərib və cavab gözləyir.