Həmas Ənsarullaha cavab olaraq təşəkkür edib
Rasthaber Azərbaycan xəbər verir ki, Həmas Yəmən Ənsarullah hərəkatının Səudiyyə Ərəbistanındakı fələstinli məhbusların Səudiyyə ordusunun Yəməndəki əsir zabitlərilə dəyişmək təşəbbüsünü təqib etdiklərini bildirib.
“Bizlər Fələstin xalqı olaraq qardaşlıq və simpatiya ruhuna çox dəyər veririk, fələstinlilərin bu müqavimətini və qərarlarını dəstəkləyirik. Bizə qarşı göstərilən diqqət və təşəbbüs üçün təşəkkür edirik.”, - deyə Həmas qeyd edib.
Həmas həmçinin fələstinli dr. Məhəmməd əl-Hudari əbu Haninin də daxil olduğu Səudiyyə həbsxanalarında olan bütün fələstinlilərin azad edilməsilə bağlı istəklərini daima dilə gətirdiklərini də bildirib.
Həmas Səudiyyədəki fələstinli məhbusların azad olunması üçün 1 ildir, ərəb krallığa müraciət etməkdə, hərəkatın siyasi şöbəsinin rəhbəri və lideri İsmayıl Haniyə isə Səudiyyə kralı Salman Əbdüləzizə bu məsələni həll etməyə və fələstinliləri azad edilməsi üçün qərar verməyə çağırmışdı.
Qeyd edək ki, ötən günlərdə Yəmən Ənsarullah hərəkatı Səudiyyəyə mesaj göndərərək, əsir götürdükləri Səudiyyə Ordusunun yüksək rütbəli zabitləri fələstinli əsrilərin Ərəbistandakı məhbusların azadlığı müqabilində təhvil verərək dəyişiklik təklifi etmişdi.