HƏMAS yeraltı tunellərdən İsrailə mesaj verdi - VİDEO

HƏMAS yeraltı tunellərdən İsrailə mesaj verdi - VİDEO

Netanyahu bu tunellər haqqında "HƏMAS-ın Metrosu" kəlməsindən istifadə etmişdi.

Rasthaber Azərbaycan xəbər verir ki, "Əl Cəzirə" Qəzzadakı 12 günlük müharibədən sonra HƏMAS-ın yeraltı tunellərindən reportaj hazırlayıb.
Bu tunellər sionist rejim ordusunun geniş təchizatına qarşı müqavimətin zəfər vasitəsi sayılır.
Qəzzadakı 12 günlük müharibə vaxtı, işğal ordusunun qırıcıları və artileriyası, HƏMAS-ın tubellərini yox etmə bəhanəsilə evləri, küçələri və dövlət, özəl binaları ayırmadan günün hər saatı bombalayırdı.
Netanyahu bu tunellər haqqında "HƏMAS-ın Metrosu" kəlməsindən istifadə etmişdi.
Müharibədən sonra ilk dəfə HƏMAS-ın hərbi qolu olan İzzəddin Əl Qəssam briqadası, "Əl Cəzirə"nin tunellərin böyük hissəsində çəkiliş etməsinə və tunellərdəki ziyanın həcmi haqqında reportaja icazə verib.
Bu qısa sənədli filmdə İzzəddin Əl Qəssam briqadasının Musa adlı döyüşçüsü, "Əl Cəzirə" müxbirini tuneldə müşaiyyət edərək ona geniş müxtəlif məlumatlar verərək, uzun dəhlizləri, iclas otaqlarını, raket anbarları, atəş nöqtələri və digər yerləri göstərir.

Xəbəri paylaş

VİDEOLAR