HƏMAS xristianların bu qərarını alqışlayıb

HƏMAS xristianların bu qərarını alqışlayıb

HƏMAS Fələstindəki xristianların Qəzza zolağı ilə həmrəy olaraq, bayram və əyləncədən uzaq, yalnız dini ayinlərlə yeni ilə girmə qərarını alqışlayıb.

Az.rasthaber.comxəbər verir ki, HƏMAS Telegram hesabında Fələstindəki xristianların bu il Milad bayramını qeyd etməmə qərarı ilə bağlı açıqlama verib və bu qərar sionist İsrailin Qəzzaya davam edən hücumlarına təsadüf edir.

"Biz builki bayramları dini ayinlərlə məhdudlaşdıran və sionistlərin hücumlarına məruz qalan Qəzza əhalisinin yanında olan fələstinli xristianların şərəfli mövqeyini yüksək qiymətləndiririk”.

Bəyanatda vurğulanıb ki, xristianların Milad bayramını qeyd etməmək qərarı Fələstin xalqının bütün müsəlman-xristian ünsürlərinin öz kimliklərini, müqəddəs dəyərlərini və torpaqlarına sədaqətini qorumaqda həmrəy olduqlarının əyani göstəricisidir.

Fələstin ərazilərindəki xristian icmaları bir neçə gün əvvəl xristian kilsələrinin başçılarının həmrəylik mesajında Qəzzaya edilən hücumlara görə yolkanın işıqlandırılması da daxil olmaqla, bütün Milad bayramlarının ləğv edildiyini açıqlamışdı.

Xəbəri paylaş

VİDEOLAR