Həmas və İslami Cihad: Mərakeşin İsraillə əlaqələri normallaşdırması Fələstinə xəyanətdir

Həmas və İslami Cihad: Mərakeşin İsraillə əlaqələri normallaşdırması Fələstinə xəyanətdir

Həmas və İslami Cihaddan Mərakeşin İsraillə əlaqələri normallaşdırmasına reaksiya

Rasthaber Azərbaycan eastnews-a istinadən xəbər verir ki, HƏMAS Mərakeşin İsrail ilə münasibətlərini normallaşdırmasının Fələstin mübarizəsinə xidmət etməyən siyasi bir səhv olduğunu bildirib.  

HƏMAS mətbuat katibi Hazim Qasim İsrailin Fələstin xalqına qarşı təcavüzkar siyasətini daha da artırmaq üçün bütün normallaşma addımlarından istifadə etdiyini söyləyib.  

Mərakeş-İsrail normallaşmasının Fələstin davasına xidmət etmədiyini bildirən Qasim "Normallaşma işğalçı İsraili Fələstin xalqının hüquqlarını inkar etməyə davam etməyə təşviq edir", - deyə qeyd edib.  

Fələstin "İslami Cihad" hərəkatı Mərakeşin İsrail ilə münasibətlərini normallaşdırmasına isə "Qüds və Fələstinə xəyanət" sözləri ilə münasibət bildirib.  

Hərəkatın mətbuat katibi Davud Şihab Mərakeş-İsrail normallaşmasının ərəb nizamının pozulmasına işarə olduğunu söyləyib.  

Şihab "Mərakeşlilər İsrail ilə normallaşmaqdan imtina edəcəklər", - deyə bildirib.  

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Mərakeş və İsrailin tam diplomatik əlaqələr qurmaq üçün razılığa gəldiklərini açıqlamışdı. 

Xəbəri paylaş

VİDEOLAR