HƏMAS Suriyanın Fələstinə dəstəyinin davam edəcəyinə ümid edir

HƏMAS Suriyanın Fələstinə dəstəyinin davam edəcəyinə ümid edir

HƏMAS Suriyada baş verən hadisələrlə bağlı yaydığı bəyanatında bildirib: “Biz Suriya xalqını problemlərin öhdəsindən gələrək, Fələstin xalqına və onun müqavimətinə dəstək rolunu davam etdirməyə çağırırıq.”

Az.rasthaber.com xəbər verir ki, bəyanatda əlavə olunur: “Suriya xalqının bütün qruplarını birliyə, milli həmrəyliyə, keçmişin ağrı və problemlərini geridə qoymağa dəvət edirik.”

HƏMAS vurğulayıb: “Biz böyük Suriya xalqının yanındayıq, Suriyanın birliyini və ərazi bütövlüyünü, bu ölkənin xalqına və onun iradəsinə, müstəqilliyinə və siyasi seçimlərinə hörməti vurğulayırıq.”
HƏMAS qeyd edib ki, Suriya xalqı bütün qrupları və milli birliyi, qardaşlıq və tolerantlıq ruhu ilə çətinliklərin öhdəsindən gəlməyi bacarır. Biz Suriya xalqını problemlərin öhdəsindən gələrək, Fələstin xalqına və onun müqavimətinə dəstək rolunu davam etdirməyə çağırırıq. İşğalçı rejimin Suriya ərazisinə amansız təcavüzünü pisləyirik, Suriya torpaqlarında işğalçı rejimin hərisliyinə və planlarına qarşıyıq.

Xəbəri paylaş

VİDEOLAR