Fələstin İslami Müqavimət Hərəkatı- HƏMAS-ın siyasi bürosunun sədri Ali-Səud məhbəslərindəki fələstinli məhbusların azadlığının vacibliyini vurğulayıb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İsmail Haniyə Ərəbistandakı fələstinli məhbusların azad edilmələrini insani və milli bir zərurət olduğunu bildirib.
Həmas liderinin sözlərin əgprə, koronavirus pandemiyası bu məhbusların həyatını təhdid edir.
Haniyə həmçinin Ərəbistanın fələstinli məhbusların işləri ilə anlaşma tərzində insani və dini cəhətlərə diqqət yetirməsini zəruri sayıb.
Digər tərəfdən, Ali-Səud məhbəslərindəki fələstinli məhbusların ailələri də öz övladlarının azadlığa buraxılmalarını tələb ediblər. Onlar vurğulayıblar ki, Ali-Səud tərəfindən onlara vurulan ittihamlar puçdur.
60-dan çox fələstinli Fələstin İslami Müqavimət Hərəkatı- HƏMAS-la əlaqədə olmaq ittihamı ilə Ərəbistanda həbsdədir.
Ərəbistan hökuməti tərəfindən elan olunan son rəsmi statistikalara görə, indiyədək bu ölkədə 511 nəfər koronavirusa yoluxub.