HƏMAS sözçüsü atəşkəslə bağlı qırmızı xətləri açıqlayıb

HƏMAS sözçüsü atəşkəslə bağlı qırmızı xətləri açıqlayıb

Fələstin İslami Müqavimət Hərəkatının HƏMAS sözçüsü Əbdüllətif əl-Kanu, HƏMAS-ın İsraillə razılaşması üçün iki qırmızı xəttin olduğunu açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Əbdüllətif əl-Kanu, İsraillə atəşkəs və əsir mübadiləsi ilə bağlı Misirin paytaxtı Qahirədə keçirilən dolayı danışıqlarda İsrailin rəftarına dair yazılı açıqlama verib.

Kanu deyib:

"İsraillə istənilən razılaşmanın açarı daimi atəşkəsə əsaslanır. Davam edən danışıqlar prosesində bizim əsas prioritetlərimiz məcburi köçkünlərin heç bir məhdudiyyət olmadan öz evlərinə qayıtması və İsrail qüvvələrinin Qəzza zolağından tamamilə çıxarılmasıdır. Bu halda razılaşma əldə oluna bilməz”. 

Qəzza zolağının Ramazan bayramında belə qan tökdüyünü, ağrılar çəkdiyini və 6 aydır mübarizədən əl çəkmədiyini vurğulayan Kanu bildirib:

“İsrail işğalçı dövlətinin Şifa xəstəxanası və ətraflarında törətdiyi cinayətlər belə fəlakətlidir. Yüzlərlə cəsədin tapılması üçün axtarışlar hələ də davam edir”.

Xəbəri paylaş

VİDEOLAR