Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) sionist rejimin həbsxanalarında metodik edam siyasətinə məruz qalan fələstinli əsirlərin azad edilməsi üçün təcili tədbirlər görülməsini tələb edib.
Az.rasthaber.com xəbər verir ki, HƏMAS bəyanatında çərşənbə günü sionist rejim həbsxanalarında ağır işgəncələr və cinayət işlərinə məruz qalaraq istintaq zamanı dünyasını dəyişən əsir Məhəmməd Vəlid Hüseyn Əl-Arifin şəhadətə çatması ilə əlaqədar başsağlığı verib.